“Oqtay Şirəliyevə vurulan iynə mənə vurulsaydı...“ - Günel

"Biz TƏBİB üçün qurbağa, siçan deyilik ki, üzərimizdə təcrübə aparsınlar”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Pişik Günel ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova deyib.

 

İfaçı koronavirusa qarşı ölkəmizə gətirilən vaksin barədə fikirlərini bölüşüb:

 

“Əslində peyvəndin vurulmasına pis baxmıram. Yəni biz uşaq vaxtı da gözəgörünməz  viruslardan qorunmaq üçün peyvənd vurdurmuşuq, hətta öz uşaqlarımız üçün də istifadə etmişik.  Bu normal bir haldır. Ancaq koronavirusa qarşı ölkəmizə gətirilən vaksinə güvənmirəm. TƏBİB-in açıqlamasından sonra belə qərar verdim ki, mən o vaksin vurdurmayacam. TƏBİB açıq aydın qeyd edib ki, vaksini vurdurduqdan sonra insan əmək fəaliyyətini itirə, şikəst qala, ən pis halda dünyasını dəyişə bilər. Oqtay müəllimin vurdurduğu vaksinin tərkibindən xəbərdar deyiləm. Səhiyyə nazirinin vurdurduğu vaksinin eynisindən də mən də  istəyirəm. İndi insanlara vurulan vaksinin içində nə olduğundan xəbərsizik. Razıyam mənə vaksin vurulsun, o halda ki, Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı. Vallah, vitamin komplesi bizə də xeyirdir. Böyük məmnuniyyətlə mən də istəyərdim. Son zamanlar hamının elə vitaminlərə ehtiyacı var. Üstəlik bu gün qəbul etdiyimiz meyvə və tərəvəzlərin  mənşəyi bəlli deyil”.

 

Moderator.az

Tarix: 19 Yanvar 2021, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin