Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyev haqqında daha bir şok fakt açıqlayıb.

 

Pravda.az xəbər verir ki, H.Hacıyev “Xural”a verdiyi müsahibədə Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasında apardığı kadr islahatı ilə bağlı dəhşətli faktdan danışıb.

 

Hafiz Hacıyev deyib ki, vaxtilə ermənilərə pasport verdiyinə görə polis sıralarından uzaqlaşdırılan, 1988-99-cu illərdə Yasamal Rayon Polis İdarəsində “pasportstolun” rəisi işləmiş, 1999-cu ildə polis orqanlarından qovulmuş Ağasiyev Rasim Mizi oğlu Ramiz Mehdiyev tərəfindən 11 il sonra vəzifəyə təyin olunub: “Rasim Ağasiyevi hörmətli generalımız Məhərrəm Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi olanda işdə yol verdiyi nöqsanlara və ermənilərə pasport verdiyinə görə işdən çıxarmışdı.

 

Deməli, Azərbaycanda nə qədər erməni familiyasında olan adam varsa, Rasim Ağasiyev ona pasport vermişdi. Ramiz Mehdiyev indi həmin adama vəzifə verib. Onu Milli Elmlər Akademiyasında hüquq və kadrlar idarəsinin rəisi təyin edib. O da Akademiyada milli qüruru olan, qeyrəti olan, Azərbaycanı sevən insanları vəzifədən uzaqlaşdırır”.

 

Tarix: 19 Yanvar 2021, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin