“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki, tələbənin oxuyaraq işləməsində qəbahət sayılacaq heç nə yoxdur. Amma gərək nümunə çəkdiyi ABŞ-dakı kimi tələbənin işləyə biləcəyi iş yerləri də olsun, onların əməyinə tələbatı olan biznes də olsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

 

“Tələbə nədir, universitetdən məzun olanların hər 100 nəfərindən 20-25 nəfərinin özünə iş tapması barədə statistika açıqlansa, bunu YAP hakimiyyətinin çox böyük uğuru sayaram. Hələ orasını demirəm ki, məzun olan hər 100 tələbədən neçəsi öz ixtisası üzrə iş tapa bilir. Bu göstərici də 15-ə çatsa, YAP üçün daha bir uğur sayaram. Məzun izləyən universitetlər hanı? Kim deyər ki, məzun olan gənclərin hansı hissəsi universiteti bitirən il, hansı hissəsi sonrakı 3 ildə iş tapa bilir, ilk 1 və 3 ildə onların hansı hissəsi ixtisası üzrə işlə təmin olunur? Qulağa xoş gələn bəyanatlar verməkdən asan iş yoxdur bu dünyada. Ən çətini həmin bəyanatlarda səslənən fikirləri reallaşdıra biləcək fürsətlərə və imkanlara meydan açan idarəçilik olsun. Minlərlə məzun, 20-30 ilin ixtisaslaşmış 100 minlərlə insanı iş tapa bilmir, müəllim deyir tələbə iş tapsın işləsin.  Bir dəfə də bu tələbəyə normal təhsil verəcək universitet mühitindən, akademik azadlıqlardan danışın, nə olar ki...” – R.Ağayev bildirib.

Tarix: 19 Yanvar 2021, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin