Şuşada monitorinq keçirildi

Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

 

Bu barədə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan məlumat verilib.

 

İnstitutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

 

Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri , o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri” bərpa ediləcək.

Tarix: 20 Yanvar 2021, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin