DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

 

Pravda.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

 

Bildirilib ki, Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Tarix: 20 Yanvar 2021, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin