Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlar açıqlanıb.

Pravda.az-ın məlumatına görə, yeni prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alıb.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Tarix: 20 Yanvar 2021, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin