BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb.

 

Pravda.az xəbər verir ki, yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.

 

Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.

 

Daha sonra isə o qeyd edir:

 

“Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.

 

Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub.

 

 

Fotoları təqdim edirik
Tarix: 20 Yanvar 2021, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin