Tramp Ağ Evlə vidalaşdı

Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ Evi tərk edib.

Pravda.az xəbər verir ki, məlumata görə, D.Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq.

D.Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.

Donald Tramp çıxışında Cozef Bayden administrasiyasını tanıdığını etiraf edərək ona uğurlar arzulayıb. Bundan başqa o, qeyd edib: “ABŞ-ın son on illərdə heç bir yeni müharibəni başlamayan ilk prezidenti olduğum üçün fəxr edirəm”.

Report 

Tarix: 20 Yanvar 2021, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin