Miqrantların olduğu qayıq batdı

Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində azı 43 qeyri-leqal miqrant həlak olub.

 

Pravda.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə bəyanatına əsasən, Aralıq dənizində faciə yanvarın 19-da baş verib.

 

10 nəfər xilas edilib. Onlar Liviyanın Zuvara şəhərinə çatdırılıb.

 

Qəzaya səbəb qayığın mühərriyinin sıradan çıxması, həmçinin əlverişsiz hava şəraiti olub.

Tarix: 20 Yanvar 2021, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin