Vəzirov: “Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...”

“1990-cı ilin yanvarında Bakıya qoşun yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub".

 

Pravda.az xəbər verir ki, bunu rus blogerlərindən birinə verdiyi müsahibədə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov deyib.

 

Onun sözlərinə görə, o 18 yanvar 1990-cı ildən etibarən Azərbaycana rəhbərlik etməyi dayandırıb.

 

"18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da Xarici İşlər Nazirliyinə qayıdım. Mən isə bəyan etdim ki, onlarla daha işləmək istəmirəm. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim", - Vəzirov deyib.

 

 

Əbdürrəhman Vəzirov daha bir maraqlı detalı açıqlayıb. Onun sözlərinə görə, 1989-cu ildə iki dəfə istefa vermək istəyib.

 

"Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim", - o bildirib.

 

Vəzirov xatırlayır ki, hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təklif etmişdi.

 

"Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən öhdəsindən gələ bilmədiyimi dərk edirdim. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi", - o əlavə edib.

 

İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi.

 

"1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və  yenidən Azərbaycana rəhbərlik etməyi  təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir.  Qorbaçov mənə dedi: "Rəhman, partiyaya kömək etmək lazımdır".  İlk vaxtlar kömək etməyə çalışdım.  Sonra Qorbaçov  hər şeyi məhv etdi", - Ə. Vəzirov qeyd edib.

 

Vəzirov etiraf edib ki, 20 yanvardan sonra bir daha Qorbaçovla görüşməyib.Virtualaz.org

Tarix: 21 Yanvar 2021, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin