BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

 

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

 

APA

Fotoları təqdim edirik
Tarix: 21 Yanvar 2021, 21:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin