General istefa verdi

Kanadanın General-Qubernatoru Jüli Peyett tabeliləri ilə qalmaqal fonunda istefa verib.

 

Pravda.az “TASS”a istinadən xəbər verir ki, bu barədə onun bəyanatında deyilir.

 

“Ölkədə 28 il xidmətdən sonra istefa ərizəsi yazdım. Mən bu barədə Baş nazir Castin Trüdoya məlumat verdim”, - o deyib. Peyett vurğulayıb ki, “hər bir insanın təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var”. “Son bir neçə ay ərzində Rido-hollda (General-Qubernatorun iqamətgahı – red.) gərginlik yarandı, mən bundan təəssüf hissi keçirirəm”, - deyə Peyett əlavə edib.

 

Trüdo artıq ölkənin General-Qubernatorunun istefasını qəbul etdiyini bildirən bəyanat yayıb. Bu vəzifələri müvəqqəti olaraq Ali Məhkəmənin rəhbəri Riçard Vaqner icra edəcək.

Tarix: 22 Yanvar 2021, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin