“Azəriqaz”ın baş direktorundan sayğacların çox yazması ilə bağlı məsələyə REAKSİYA

“Son zamanlar sayğacların sərfiyyatı artıq göstərməsi ilə bağlı mediada və sosial şəbəkələrdə məlumatlar var. Əvvəldən ödənişli sayğaclar mövcud idi. Daha sonra mexaniki-elektron tipli sayğaclar quraşdırılmağa başlanıldı”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib:

 

“Lakin, hər hansı narazılıq mövcuddursa, abonentlərimiz öz müraciətlərini edə bilər və biz onların razılığı ilə sayğaclarına baxış keçirə bilərik. İndi Almaniyanın daha müasir 200 sayğacını Bakı şəhərində quraşdırmışıq. Artıq 3000 ədəd smart-kart tipli sayğac bizə təhvil verilib”.

 

Oxu.az

Tarix: 22 Yanvar 2021, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin