Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

Pravda.az-ın məlumatına görə, sənəddə deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Müşahidə Şurasının üzvləri

 

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

 

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

 

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru”.

Tarix: 23 Yanvar 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin