Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
Pravda.az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.
Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.
SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
- SOCAR-ın yenidən təşkili və ləğvi;
- SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
-SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
- SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Müəyyən edilib ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Azərbaycan İnvestisiya Holdinqi:
- SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli;
- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- Fərmanda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti:
- SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
8 Mart 01:30
8 Mart 00:52
8 Mart 00:48
8 Mart 00:32
8 Mart 00:04
7 Mart 23:54
7 Mart 23:26
7 Mart 23:03
7 Mart 22:56
7 Mart 22:50
7 Mart 22:41
7 Mart 22:09
7 Mart 21:06
7 Mart 20:59
7 Mart 20:58
7 Mart 19:51
7 Mart 19:49
7 Mart 19:07
7 Mart 19:05
7 Mart 18:59
7 Mart 17:48
7 Mart 17:33
7 Mart 17:19
7 Mart 17:15
7 Mart 17:06
7 Mart 16:48
7 Mart 16:39
7 Mart 16:36
7 Mart 15:51
7 Mart 15:31
7 Mart 15:18
7 Mart 14:51
7 Mart 14:46
7 Mart 14:42
7 Mart 14:32
7 Mart 14:18
7 Mart 14:14
7 Mart 13:48
7 Mart 13:33
7 Mart 13:25
7 Mart 13:14
7 Mart 13:09
7 Mart 13:03
7 Mart 12:47
7 Mart 12:32
7 Mart 12:29
7 Mart 12:22
7 Mart 12:19
7 Mart 11:47
7 Mart 11:23
7 Mart 11:12
7 Mart 11:09
7 Mart 11:05
7 Mart 10:41
7 Mart 10:31
7 Mart 10:25
7 Mart 10:09
7 Mart 09:49
7 Mart 09:48
7 Mart 09:34
7 Mart 09:24
7 Mart 09:15
7 Mart 09:12
7 Mart 08:58
7 Mart 08:53
7 Mart 08:47
7 Mart 01:25
7 Mart 00:31
7 Mart 00:20
7 Mart 00:00
6 Mart 23:34
6 Mart 22:29
6 Mart 22:05
6 Mart 21:35
6 Mart 21:20
6 Mart 20:37
6 Mart 20:25
6 Mart 19:57
6 Mart 19:26
6 Mart 19:19
6 Mart 18:54
6 Mart 18:46
6 Mart 18:21
6 Mart 18:13
6 Mart 17:53
6 Mart 17:31
6 Mart 17:07
6 Mart 17:04
6 Mart 16:56
6 Mart 16:49
6 Mart 16:40
6 Mart 16:36
6 Mart 16:32
6 Mart 16:21
6 Mart 16:14
6 Mart 16:13
6 Mart 16:12
6 Mart 16:02
6 Mart 15:57
6 Mart 15:54
6 Mart 15:53
6 Mart 15:30
6 Mart 15:27
6 Mart 15:24
6 Mart 15:22
6 Mart 15:18
6 Mart 14:58
6 Mart 14:45
6 Mart 14:39
6 Mart 14:04
6 Mart 14:04
6 Mart 13:56
6 Mart 13:53
6 Mart 13:26
6 Mart 13:24
6 Mart 13:10
6 Mart 13:00
6 Mart 12:56
6 Mart 12:53
6 Mart 12:43
6 Mart 12:39
6 Mart 12:34
6 Mart 12:31
6 Mart 12:28
6 Mart 12:25
6 Mart 12:19
6 Mart 12:13
6 Mart 12:10
6 Mart 12:06
6 Mart 12:02
6 Mart 11:52
6 Mart 11:48
6 Mart 11:40
6 Mart 11:15
6 Mart 11:09
6 Mart 11:06
6 Mart 11:04
6 Mart 10:58
6 Mart 10:48
6 Mart 10:46
6 Mart 10:09
6 Mart 10:01
6 Mart 09:56
6 Mart 09:52
6 Mart 09:44
6 Mart 09:33
6 Mart 09:23
6 Mart 09:18
6 Mart 09:05
6 Mart 08:56
Ən son xəbərləri səhifəmizdən də izləyin