İlham Əliyev Zelenskiyə başsağlığı verdi

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib. 

Pravda.az-ın məlumatına görə, dövlət başçısı Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib. 

Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Ukrayna Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Tarix: 23 Yanvar 2021, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin