"Arzum Şuşada klip çəkdirməkdir" - Elza

Əməkdar artist Elza Seyidcahan "İgid əsgərim" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Pravda.az xəbər verir ki, bəstənin musiqisi ifaçının özünə, sözləri isə Anar Məmmədova məxsusdur.

Yeni işindən danışan Seyidcahan "Arzu edirəm ki, bu mahnımın klipini Şuşada çəkim. Bəstəmi bizə həsrət qaldığımız torpaqları qaytaran qəhrəmanlarımıza həsr olunur" sözlərini söyləyib.

 

Axşam.az


Tarix: 23 Yanvar 2021, 21:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin