BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrindən qalmaqallı açıqlama: “Azərbaycanda insanlar sovet hakimyyəti qurulanadək savadsız idilər”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov arasında təşkil olunan debatda qalmaqal yaşanıb.

 

Pravda.az-ın xəbərinə görə, R.Qurbanovun sovet hakimiyyəti ilə bağlı səsləndirdiyi müsbət fikirlər M.Mirəlioğlunu əsəbiləşdirib.

 

Rauf Qurbanov: Azərbaycan xalqı sosializm cəmiyyətində nailiyyətlər əldə edib. Bu, danılmaz faktdır. Sovet dövründə Azərbaycanda savadsızlıq ləğv edildi.

 

M.Mirəlioğlu: İnsanlarımız sovet hökuməti qurulana qədər savadsız idi?

 

R.Qurbanov: Təbii...

 

M.Mirəlioğlu: Siz nə danışırsınız?! Tarix oxumamısınız?!

 

R.Qurbanov: Eyforiyaya qapılmayaq...

 

M.Mirəlioğlu: Bolşevik kimi danışmayın. Heç olmaya, müasir kommunist kimi danış.

 

R.Qurbanov: Sovet hakimiyyəti ədalətli cəmiyyəti yaratmışdı, bir sinfin digər sinif üzərində ağalığına son qoymuşdu. Hər bir vətəndaşın təhsil, yaşamaq üçün dövlət tərəfindən təminatalma hüququ vardı.

 

M.Mirəlioğlu: “Azərbaycanda yalnız sovet hakimiyyəti dövründə ziyalılar olub” ifadəsi kökündən yanlışdır”.

 

R.Qurbanov: Etiraf edirsiniz ki, Zeynalabidin Tağıyevi kimlər oxudub?

 

M.Mirəlioğlu: Bizim insanlarımızı 1930-cu illərdə niyə repressiya etdilər? Bunun Sizə aidiyyatı yoxdur, mənsub olduğunuz ideologiyaya aiddir. Ən savadlı insanlarımızı güllə-boran etdilər. Bunu çox yaxşı bilirsiniz. Kommunist Partiyası insanların halalına haram qatdı, dindarları məhv etdilər. Xocalı, 20 yanvar faciəsini yada salın.

 

Tarix: 24 Yanvar 2021, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin