BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahdan bu qadağalar da götürülür – Bakıya giriş-çıxış bərpa ediləcək, gözəllik salonları işləyəcək

Sabahdan – yanvarın 25-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarla bir sıra məhdudiyyətlər götürüləcək.

 

Pravda.az-ın xəbərinə görə, 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək:

 

- ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

 

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

- muzey və sərgi zallarının fəaliyyəti;

 

- şəhərlərarası və rayonlararası hərəkət.

 

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

Tarix: 24 Yanvar 2021, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin