“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

“İqtisadiyyat naziri Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir. Burda maraq toqquşması yaranır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev deyib.

 

S.Əliyev bildirib ki, bir qayda olaraq qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətləri göstərən və ya malları satan qurumlar qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edəndə artım istəyini əsaslandırırlar və Şura da tərəfsiz olaraq qərar verir: “Məsələn, bir neçə həftə SOCAR-ın müraciətinə mənfi cavab verərək təbii qazın bahalaşmasına icazə verməmişdi. Yəni xüsusi zərurət olmasa, siyasi rəhbərliyin razılığı olmasa qiymət artımına razı olmur. Bəs indi? SOCAR yanacağın və ya təbii qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edəndə ona maneə olacaqmı? Çünki hər iki qurumun rəhbəri eyni şəxsdir. Buna isə maraqların toqquşması deyilir”.

Tarix: 24 Yanvar 2021, 20:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin