BURADA REKLAMINIZ OLA
BİLƏR

Öldürülən dənizçinin qardaşı danışdı - VİDEO

BAKU.TV Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun evində olub.

 

Pravda.az-ın məlumatına görə, Fərman İsmayılov üçün yaşadığı Siyəzən rayonunda yas mərasimi qurulub.

 

XİN-in rəsmi açıqlamasına görə, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında Fərman İsmayılovun nəşinin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

 

Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

 

Tarix: 24 Yanvar 2021, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin