BURADA REKLAMINIZ OLA
BİLƏR

"Demək istəyirəm ki, abrınız, həyanız olsun" – Nadir

Tanınmış müğənni Nadir Qafarzadə Azərbaycan musiqisinin bugünkü durumundan danışıb.

 

Pravda.az xəbər verir ki, “Show Mania” “İnstagram” səhifəsinə danışan ifaçı hazırda sosial şəbəkələrdə sürətlə yayılan “köksüz” musiqilərdən gileylənib:

 

“Azərbaycan musiqisi uçuruma gedir. Muğam istisna, Azərbaycan musiqisi demək olar ki, yox dərəcəsindədir. Bugünkü ara musiqiləri, köksüz musiqilər vəziyyəti bu həddə gətirib çıxarıb. “Veneqred” salatına bənzər musiqilər var, bilmirsən hind musiqisidir, İrandır, ya türkdür... Azərbaycana heç bir dəxli, aidiyyatı yoxdur. Bəlkə də bəstəkarlar yetişmir, yaxud insanların zövqü korlanıb. Sosial şəbəkələrdə bəzi adminlər var ki, sözügedən musiqiləri təbliğ edirlər. Pul müqabilində bu musiqiləri reklam edirlər, özlərini satdıqları kimi, Azərbaycan musiqisini də satırlar. İçimizdə satılmışlar var, onlar xain insanlardır, düşməndirlər. Necə ki, erməni bizim torpağımızı xaincəsinə, ədalətsiz şəkildə zəbt elədi, bunlar da eləcə bizim musiqimizin axırına çıxmaq istəyirlər. Düzdür, biz sonra ermənilərə qalib gəldik, amma bunlara gələ bilmirik. Çünki onların məkanı da, kökü də bilinmir. Bilirsiniz, qanı xarab insanlar var, elə bil Azərbaycan musiqisinə, mədəniyyətinə düşmən kəsiliblər. Mən həmin köksüz musiqiləri təbliğ edən səhifə adminlərinə səslənirəm, demək istəyirəm ki, abrınız, həyanız olsun!”

 

Yenisabah.az

Tarix: 25 Yanvar 2021, 00:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin