BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhidlərin həbsdə olan qohumları azadlığa buraxıldı

Vətən müharibəsində şəhid olmuş şəxslərin azadlıqdan məhrum edilən valideynləri və yaxın qohumlarından ibarət 30-dan çox şəxs azadlığa buraxılıb.

Pravda.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

M.Ələkbərov bildirib ki, azadlığa buraxılan şəxslərin sayı 30-dan çoxdur və dəqiq məlumat hazırlanır: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.


Tarix: 25 Yanvar 2021, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin