BURADA REKLAMINIZ OLA
BİLƏR

“Unibank”ın müştərilərinin kartlarından böyük məbləğdə pullar çəkilib - SENSASİYA

“Unibank” debit kartdan müştərilərin 10 manatdan başlayaraq böyük məbləğdə pulları çəkilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Bankdan isə bildirilib ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.

 

“Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız” -  məlumatda qeyd olunub.

 

 

Tarix: 7 Yanvar 2020, 00:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin