BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qeyri-qanuni yolla uşaq dünyaya gətirirlər, sonra...” – Elza

Əməkdar artist Elza Seyidcahan ARB-nin "Xəbər-ətər" proqramında qonaq olub.

 

Pravda.az xəbər verir ki, sənətçi efirlərdə insanlara məsləhət verən bəzi həmkarlarını sərt şəkildə qınayıb:

 

"Səhnədə hər insanın öz yeri var. İstedadlı gələndə, səhnə onu tozsoran kimi çəkir. Son zamanlar əsəb keçirirəm. Çıxıb efirdə elələri insanlara nəsihət verirlər ki... Onlar sənətə ləkədir. Bu aləmə qalmaqal gətirirlər. Başlarından yekə nəsihətlər verirlər: mən belə xanımam, elə bəyəm. Özlərini insana örnək göstərirlər. Biri evindən gəlinliklə çıxır, ailə həyatı alınmır və ayrılır. Bu, eyib deyil. Bunlar isə gəlin havası olmadan, necə gəldi kiməsə qoşulub gedirlər. Gedib qeyri-qanuni yolla uşaq dünyaya gətirirlər, sonra çıxıb efirdə insanlara nəsihət verirlər. Siz kimsiniz? Niyə əsəblərimizi oynadırsınız?”

Tarix: 25 Yanvar 2021, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin