BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov: “Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır”

“İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin bu gün keçirilən müşafirəsində Baş nazir Əli Əsədov bildirib.

 

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Baş nazir deyib ki, Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır:  “Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir”.

Tarix: 25 Yanvar 2021, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin