BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorxu koronavirusa yoluxma riskini artırır

“Yeni növ koronavirus infeksiyasına görə stress və qorxu hisslərini keçirmək səhhətinizdə sağlamlıq problemlərinin yaranmasına gətirib çıxa bilər”.

 

Pravda.az-ın məlumatına görə, bu fikri “Sputnik” radiosuna müsahibəsində psixoterapevt İqor Salnçev söyləyib.

 

Mütəxəssis qeyd edib ki, insanın emosional və zehni vəziyyəti fiziologiyasında əks olunur:

 

“Həddindən artıq narahatlıq müalicə olunmasa, zehni sabitliyin səviyyəsini, bədəndəki metabolik prosesləri və gücü azaldır. Nəticədə immun sistemi zəifləyəcək və bədənin müxtəlif patologiyalara qarşı həssaslığı artacaq”.

 

Həkimin sözlərinə görə, koronavirusa qarşı peyvənd bir anda iki problemi həlli edəcək. Belə ki, peyvənd həm bədəni COVID-19-dan qoruyacaq, həm də narahatlığı aradan qaldıracaq.

 

Report

Tarix: 26 Yanvar 2021, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin