Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların sayı 50-yə düşüb. Ölənlərin sayında azalmalar müşahidə olunur. Bundan əlavə yanvarın 18-dən də ölkə ərazisində koronavirus əleyhinə peyvəndlənmə başlayıb. Yoluxma sayı azaldığına görə Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi? Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Kamilə Əliyeva bildirib ki, çox sevindirici haldır ki, artıq son günlərdə yoluxmaların sayında xeyli azalma müşahidə edirik: "Eyni zamanda ölənlərin sayında da azalmalar müşahidə olunur. Lakin biz bu rəqəmlərə arxayın olmamalıyıq. Çünki bu azalma müvəqqəti də ola bilər. Buna görə də insanlarımız ehtiyatı əldən verməməlidir. Biz növbəti 2 həftə ərzində bu rəqəmləri izləməliyik. Bilirsiniz ki, bir aya yaxın sərt karantin şəraitində olduq. Son bir neçə gündə yumşalmalara gedilir. Yumşalmalardan sonra yenidən artımın olacağı istisna deyil.
Bilirsiniz ki, yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa edildi. Fevralın 1-dən də kafe və restoranların açılması gözlənilir. Ona görə də ehtiyatı əldən verməmək və 3 qızıl qaydaya əməl etmək lazımdır. Yəni sosial məsafəni saxlamaq, sanitar-gigyenik qaydalara əməl etmək və maska qaxmaq. Bu qaydalara əməl etmək bizim həyat tərzimiz olmalıdır".
Deputat qeyd edib ki, arxayın olmamalıyıq. Yoluxma sayı 50-ə düşübsə, maska taxmamamaq, sosial məsafəni qorumamamaq və yaxud toy-yas mərasimlərinin keçirilməsi kimi düşüncələrə qapılmamaq lazımdır:
"Bunlar mərhələli olmamalıdır. Hətta, təhsildə belə mərhələli şəkildə yumşalmalara gedilir. Fevralın 1-dən ibtidai siniflər üçün ənənəvi dərslər qismən bərpa edilir. Digər 5-9 və 9-10-cu siniflər üçün ənənəvi təhsil bərpa ediləcəyi ilə bağlı araşdırmalar aparılır. Bundan əlavə yeraltı nəqliyyat olan metro da açılacaq. Bütün bunlar yoluxmanı artıran amillərdir. Digər tərəfdən bilirik ki, peyvəndlənməyə də başlanılıb. Amma bu demək deyil ki, peyvəndlənən şəxslər sabah koronavirusa yoluxma ehtimalı yoxdur.
Bədəndə immunitetin yaranması üçün müəyyən vaxtın keçməsi lazımdır. Ona görə də aprel-may ayına qədər toy və yas mərasimlərinə qoyulan qadağa uzadıla bilər. Ümimiyyətlə o vaxta qədər toy və yas mərasimləri keçirmək olmaz. Çünki gündəlik yoluxanların dinamikasına baxmaq lazımdır.İzləməliyik ki, növbəti iki həftə ərzində dinamika necə olacaq. Orta və ali məktəblərdə təhsil bərpa olunandan sonra gündəlik yoluxanların sayı artmasa, ondan sonra toyların, yasların keçirilməsinə icazə verilə bilər. Bu məsələ ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Əlbəttə, suistifadə hallarına yol verilməməlidir. Hələki, biz ehtiyyatı əldən verməməliyik".
9 May 01:16
9 May 01:14
9 May 01:11
9 May 01:09
9 May 01:08
9 May 01:04
9 May 01:03
9 May 01:01
9 May 00:57
9 May 00:56
9 May 00:42
9 May 00:37
8 May 23:08
8 May 23:03
8 May 22:47
8 May 22:43
8 May 20:32
8 May 20:07
8 May 20:05
8 May 20:04
8 May 19:59
8 May 19:57
8 May 19:55
8 May 19:50
8 May 19:23
8 May 19:20
8 May 19:15
8 May 19:13
8 May 18:59
8 May 18:57
8 May 18:54
8 May 18:52
8 May 18:51
8 May 18:45
8 May 18:43
8 May 18:42
8 May 18:41
8 May 18:40
8 May 18:39
8 May 18:31
8 May 18:19
8 May 18:17
8 May 18:15
8 May 18:12
8 May 18:06
8 May 17:51
8 May 17:46
8 May 17:31
8 May 17:03
8 May 16:56
8 May 16:41
8 May 16:34
8 May 16:33
8 May 16:27
8 May 16:23
8 May 16:17
8 May 15:35
8 May 15:15
8 May 14:45
8 May 14:14
8 May 14:03
8 May 13:56
8 May 13:54
8 May 13:50
8 May 13:46
8 May 13:42
8 May 13:40
8 May 13:38
8 May 13:23
8 May 13:12
8 May 13:11
8 May 13:04
8 May 12:36
8 May 12:33
8 May 12:26
8 May 12:04
8 May 11:55
8 May 11:53
8 May 11:50
8 May 11:49
8 May 11:45
8 May 11:43
8 May 11:43
8 May 11:40
8 May 11:33
8 May 11:24
8 May 11:21
8 May 11:16
8 May 11:09
8 May 11:07
8 May 11:05
8 May 11:03
8 May 11:01
8 May 10:56
8 May 10:54
8 May 10:50
8 May 10:48
8 May 10:39
8 May 10:38
8 May 10:32
8 May 10:27
8 May 10:19
8 May 10:09
8 May 10:02
8 May 09:59
8 May 09:57
8 May 09:55
8 May 09:36
8 May 09:30
8 May 09:25
8 May 09:01
8 May 08:51
8 May 08:49
8 May 08:48
8 May 08:44
8 May 08:40
8 May 08:37
8 May 08:34
8 May 08:31
8 May 08:29
8 May 08:27
8 May 08:26
8 May 08:22
8 May 08:18
8 May 08:14
8 May 08:10
8 May 08:06
8 May 08:02
8 May 06:11
8 May 06:09
8 May 06:08
8 May 06:05
8 May 06:04
8 May 06:02
8 May 06:01
8 May 06:00
8 May 05:58
8 May 01:40
8 May 01:37
8 May 01:34
8 May 01:29
8 May 01:20
7 May 21:14
7 May 21:12
7 May 19:43
7 May 19:41
7 May 19:35
7 May 18:55
7 May 18:52
7 May 18:47
Ən son xəbərləri səhifəmizdən də izləyin