BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə naziri koronavirusdan vəfat edib - Kolumbiyada

Kolumbiyanın müdafiə naziri Karlos Holms Troxiyo yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

 

Pravda.az “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya hökuməti məlumat yayıb.

 

Qeyd edək ki, bu ayın əvvəlində koronavirusa yoluxan 69 yaşlı müdafiə naziri reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xatırladaq ki, Kolumbiyada indiyədək 2 milyondan çox şəxs koronavirusa yoluxub, onlardan 52 mini vəfat edib.

 

APA

Tarix: 26 Yanvar 2021, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin