BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti ləğv olunur

Azərbaycanda idxal edilən aksizdən azad edilən malların sayı azaldılır.

 

Pravda.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı  üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksizdən azaddır.

 

Layihəyə əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı siyahıdan çıxarılır.

 

 

Tarix: 26 Yanvar 2021, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin