BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov: “İğtişaşlarda iştirak edənlərlə dialoq mümkün deyil”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müxalifətin 23 yanvar mitinqlərində iğtişaşların baş verdiyini, aksiya iştirakçıları ilə dialoqun mümkün ola bilməyəcəyini və aksiya təşkilatçılarının mühakimə olunmalı olduğunu bildirib.

 

Pravda.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

 

“Qanunsuz aksiya keçirən insanlar qanun pozucularıdır. İlk məsələ budur. Müəyyən sualları olan insanlar, şübhəsiz ki, bu suallara cavab axtarmağa layiqdirlər. Ancaq bu suallar qanuni yollarla verilməlidir. Bunun üçün danışa biləcəyiniz və mövqeyinizi səsləndirə biləcəyiniz kütləvi informasiya vasitələri var.

 

Qanunsuz etiraz aksiyasına gedən və iğtişaşlara qatılanlar, hüquq-mühafizə orqanlarına hücum edənlər - bunlar onsuz da mühakimə edilməli olan ciddi qanun pozuntularıdır. Onlarla heç bir dialoq ola bilməz, buna inanmıram”, - deyə Peskov vurğulayıb.

 

Xatırladaq ki, müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq yanvarın 23-də Moskvada və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilmişdi.

Tarix: 26 Yanvar 2021, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin