Ceyhun Bayramov fransalı həmsədrlə bəyanatları müzakirə etdi

Bu gün qarşı tərəfin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovla  ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

XİN-dən Pravda.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 27 Yanvar 2021, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin