BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseynbala Mirələmov qazinin evinə ayaqqabı ilə daxil oldu – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun qazinin evinə ayaqqabı ilə daxil olması ciddi qınağa səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, YAP-ın İdarə Heyətinin üzvü, Azərbaycan-Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İcra katibliyinin şöbə müdirləri, deputatlar Aydın Hüseynov və Aydın Mirzəzadə, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov Vətən müharibəsi qazisi Vladislav Karçaşkinin və Denis Quzlayevin vəziyyəti ilə maraqlanıb, onlara Vətənin müdafiəsində iştiraka, ailələrinə isə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür ediblər.

 

V.Karçaşkin Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda döyüşlərdə iştirak edib, medallarla təltif edilib. D.Quzlayev isə oktyabrın 14-də Füzuli istiqaməətində ağır döyüşlərin birində çənəsindən ağır yaralanıb, əməliyyat olunub, hazırda reabilitasiyadadır. O da medalla təltif edilib. Qazilərin ailələrinə təşəkkür edilib və yardım olunub.

 

Yayılan fotolardan aydın görünür ki, M.Zabelin, A.Hüseynov, R.Vəlibəyov evə ayaqqabısız daxil olsa da, H.Mirələmov ayaqqabını çıxarmayıb.

 

Sosial şəbəkələrdə H.Mirələmovun bu addımı hörmətsizlik kimi qiymətləndirilib.

 

Xatırlatma: 2020-ci ilin fevralın 13-də Mərkəzi Seçki Komissiyası 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələrini ləğv edib.

Fotoları təqdim edirik
Tarix: 27 Yanvar 2021, 20:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin