BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

 

C.Həsənli bildirib ki, villa kompleksdir və 3-4 hektarlıq sahədə inşa olunub: “Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və basseyni yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var. Ən əsası isə keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Hələ də tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır”.

Fotoları təqdim edirik
Tarix: 27 Yanvar 2021, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin