BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deyirlər ki, İlqar hökumətə satılıb” – “Arxamca 3 dəfə təyyarə göndərmək istədilər, dedim ki, çıxmıram”

“Avropa Məhkəməsinin verdiyi qərara mütənasib şəkildə mənə 127 min avro təzminat ödənildi. Bu məbləğin çox olduğunu deyənlər korrupsionerlərin, nazirlərin, oliqarxların pullarını saysınlar. 5 il yarım həbsdə olaraq vuruşa-vuruşa, Avropa Məhkəməsinin tarixində görünməmiş qələbə qazandım. Heç bir ölkəyə Avropa konvensiyasının 46-cı maddəsi tətbiq olunmayıb, bu maddə sona qədər tətbiq olunsaydı, Azərbaycan Avropa Şurasından qovulacaqdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, irad bildirən məmurların avtomobillərini, restoranlarını, qol saatlarını saysınlar: “Həmin məmurları görəndə, titrəyən şəxslər deyirlər ki, İlqar Məmmədov dövlətdən təzminat alıb, əcəb etmişəm. Hökumət yenə də qanunsuzluq edərsə, var-gücümlə mübarizə aparacağam. Qanunun aliliyinin təmin edilməsi bir nömrəli milli məsələdir. Bu məsələdə kiminsə mənə söz deməyə haqqı çatmır, Avropada örnək yaratmışıq. Araşdırın, baxın, Türkiyə mətbuatı mənimlə bağlı məsələdən yazırdı. Hökumət və onların əlaltıları deyirlər, İlqar satılıb. Dəfələrlə hökumət nümayəndələrinə də demişəm, bu təbliğatı bitirin. Özünüz də bilirsiniz ki, arxamca 3 dəfə təyyarə göndərmək istədilər, amma dedim ki, çıxmıram ölkədən. Məni ləkələyə bilməyəcəklər...”

Tarix: 27 Yanvar 2021, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin