BURADA REKLAMINIZ OLA
BİLƏR

Flora Kərimova: “Məndən belə asanlıqla canınızı qurtara bilmərsiniz”

Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. Bu səbəbdən sənətçinin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.

 

F.Kərimova hazırda evdə olduğunu bildirib.

 

“Durduğum yerdə başım gicəlləndi. Buna görə də müayinəyə getdim. Hər şey yaxşıdır. Sadəcə maraqlanırdım ki, baş gicəllənmələri nədən baş verir. Bilirsiniz ki, bir neçə il bundan qabaq insult keçirmişəm. Sağlamlığımı nəzarətdə saxlayıram. Amma vəziyyətimin ağır olması ilə bağlı deyilənlər yalandır. Qızım həmişə mənə deyir ki, hamı sensasiya dalınca qaçır, sensasiya da sənin dalınca. Zarafatla desək, məndən belə asanlıqla canınızı qurtara bilmərsiniz. Hələ bir az da dözməli olacaqsınız” - Xalq artisti qeyd edib.Azvision.az

Tarix: 7 Yanvar 2020, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin