BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cinsi azlığın nümayəndələrinin toplanması qadağan edilməlidir, məsuliyyətə cəlb olunmalıdırlar”

“Cinsi azlıqlara qarşı mübarizənin aparılması ilə bağlı verdiyim müsahibə sosial şəbəkələrdə də yayılıb. Müxtəlif şərhlər var, bu mövqelər göstərir ki, yüzlərlə insan Avropadan qaynaqlanan mənfi tendensiyaların tərəfdarıdır”.

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, bunların arasında gənclər çoxluq təşkil edir: “Bir həmkarım, hazırda yüksək vəzifədə təmsil olunur, mənə dedi ki, Strasburqda olanda, normal yeməkxana tapmayıblar, restoranlarda hamısı qeyri-ənənəvi oriyentasiyanın adamları idi. Nəhayət, türk restoranı tapa biliblər. Görün, Qərbdə bu murdarlıq nə dərəcədə yayılıb. Müsahibəmdən sonra sosial şəbəkələrdə bu murdarlığı müdafiə edənləri görəndə, dəhşətə gəldim. Bu, necə olub ki, cəmiyyətimizdə kök sala bilib? Doğrudur, belə xəstəlik var, amma bu 1 faizi əhatə edə bilər. Bu şəxslər də müalicə olunmalıdırlar, olunmaya da bilərlər. Biz şahidi oluruq ki, bu, 99 faiz murdarlıqdır, həyat tərzinə çevrilib, insanlığı məhv etməyə yönəlib. Mənə irad bildirirlər ki, sosial məsələdən danışmıram, bu cür problemləri qabardıram. Amma onların xəbərləri yoxdur ki, sosial problemlərdən ən çox danışan deputat mənəm. Özümə qarşı hiss olunacaq dərəcədə aqressiya gördüm, özlərinə məxsus bayrağı paylaşırlar, bu, məni çox narahat etdi. Geri çəkilmək lazım deyil, mənfi tendensiyanın aradan qaldırılmasına hamılıqla çalışmalıyıq. Təhqir olunmaq məni incitsə də, bilirəm ki, çoxluq məni dəstəkləyir. Biz ənənəvi milli dəyərlərə malikik. Azərbaycan qanunvericiliyində bununla bağlı qadağanedici hallar var idi. Bunlar çıxarıldı. Çətinliyini başa düşürəm, bilirəm ki, razı olmazlar, amma istəyərdim ki, İnzibati Xətalar Məcəlləsinə əlavə müddəalar salınsın. Bu şəxslərin toplanmasına qadağalar olmalıdır, məsuliyyətə cəlb edilməlidirlər. Qanunvericiliyə dəyişiklik edə bilmiriksə, heç olmazsa, bu hallara səbəb və şərait yaratmamalıyıq. Xəstədirsə, müalicə olunsun. Amma murdarlar var ki, bunu təbliğ edirlər, bədən konfiqurasiyalarını dəyişirlər, bunun qarşısı alınmalıdır. Belə şəxslərin efirlərə buraxılmasına, dövlət strukturlarında təmsilçiliyinə şərait yaratmaq olmaz. Cəmiyyət buna müqavimət göstərməlidir”.

 

Qeyd edək ki, T.Kərimlinin Pravda.az-a verdiyi əvvəlki açıqlamada “Nə qədər ki deputatam, cinsi azlıqlarla bağlı məsələyə etiraz edəcəm, hətta üsyana qalxaram” ifadəsi sosial şəbəkədə geniş müzakirə olunub.

 

Kənan

Tarix: 28 Yanvar 2021, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin