BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncamla “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

 

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirmək və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək tapşırılıb.

Tarix: 28 Yanvar 2021, 19:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin