BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müəllimlərin real məvacibləri 4.3 faiz azalıb”

“Təhsil nazirinin sosial şəbəkələr üzərindən canlı yayımında müəllimlərin maaş məsələsi ilə də bağlı sual oldu deyə bu məsələdə vacib bir məqama toxunacağam. Orta məktəb müəllimlərinə biliyin diaqnostik qiymətləndirilməsi əsasında maaşların müəyyən edilməsi təcrübəsinə 2015-ci ilin yanvarından start verilib. Kiçik bir hesablama apardım, 5 illik intervalda (2016-2021-ci illər) müəllimlərin real məvacibləri 4.3% azalıb. Halbuki həmin dövr ərzində onların nominal ifadədə maaşları orta hesabla 31,6% artıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

 

R.Ağayevin sözlərinə görə, real əmək haqqının azalması o deməkdir ki, müəllimlərn həyat səviyyəsi pisləşib: “Yəni nominal olaraq bankomatlardan çəkdikləri maaşla 5 il əvvələ nisbətən 4.3% az məhsul və xidmət ala bilirlər. Bunu necə hesabladığımı da deyim, həm şəffaf yanaşma olsun, həm də faktın doğruluğu şübhə yaratmasın. 2016-cı ildə 18 ildən çox stajı olan və tam dərs yükü ilə işləyən müəllim 450 manat gross, vergi+sosial çıxıldıqda 401 manat xalis maaş alırdı. Həmin vaxt işləyən insanlar üçün rəsmi yaşayış minimumu 146 manat təsdiqlənmişdi. Yəni, ən stajlı müəllim icbari ödənişlərdən sonra sərəncamında qalan xalis əmək haqqısının 36.5%-i aylıq minimum istehlak səbətinin dəyərini qarşılaya bilirdi. 2021-ci ildə eyni ranqlı müəllimin gross maaşı 595, net maaşı 507 manatdır. İşləyənlər üçün rəsmi təsdiqlənən minimum yaşayışın dəyəri isə 207 manat.  Bu dəfə müəllim icbari ödənişlərdən sonra sərəncamında qalan xalis əmək haqqısının artıq 40.8%-ni aylıq minimum istehlak səbətinin dəyərini qarşılamağa xərcləməlidir. İnsanların həyat səviyyəsinin 6 il ərzində nəinki yerində sayıb, hətta geriləyib.  Yeri gəlmişkən, bu gün Rusiya statisitka qurumu açıqlayıb ki, onlarda hazırda əhalinin real gəlirləri 2013-cü ilə nisbətən 10.5% aşağıdır”.

Tarix: 30 Yanvar 2021, 19:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin