BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəm Hidayətqızı: “Sizi Nərmin itəndə orada görmək istərdim..." - FOTO

"Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı millət vəkili Qənirə Paşayevanın azyaşlı Nərminin ölümü ilə bağlı reaksiyasını gecikmiş hesab edib.

 

Pravda.az-ın xəbərinə görə, o, bununla bağlı iradını Q.Paşayevanın məlum hadisə ilə bağlı yazdığı paylaşımın şərh bölməsində bildirib.

 

“Hörmətli Qənirə xanım, mən sizi Nərmin itəndə orada görmək istərdim, ölüsü ortaya çıxdıqdan sonra yox. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər. Bağışla!”- X.Hidayətqızı yazıb.

 

Q.Paşayeva isə aparıcının bu iradını belə cavablandırıb: “Xoşqedem xanım, mən o dairənin millət vəkili olmasam da, hüquq-mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Mən daim olaraq maraqlana bilərəm və hüquq-mühafizə orqanları hər gün bu məsələ ilə nə qədər maraqlandığımı çox yaxşı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsəniz, o cür də ifadə edə bilərsiniz. Amma istədim gerçəkləri biləsiz”.

 

X.Hidayətqızı ilə Q.Paşayevanın dialoqu belə davam edib: “Qənirə Paşayeva, ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadığım üçün yazdım. Və bu yazdığımı yalnız sizə yaza bilərəm. Dedim axı, uman yerdən küsərlər".

 

Q.Paşayeva isə əlavə edib ki, millət vəkili olaraq biz hüquq-mühafizə orqanlarına müraciət edirik: “Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesde sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə biz hüquq-mühafizə orqanlarına davamlı müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. Uman yerdən küsərlər fikrinizə sayğı ilə yanaşıram, amma bu kimi proseslərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilərik”.Baku.ws

 

 

 

 

 

Fotoları təqdim edirik
Tarix: 7 Yanvar 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin