BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-ın şöbə müdiri Nərminin ölümündən danışdı: "Dünəndən bəri şokdayam"

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Tovuz rayonunda yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölümünə münasibət bildirib.

 

Pravda.az-ın məlumatına görə, deputat bununla bağlı sosial şəbəkədə status yazıb: "Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi mənə çox pis təsir etdi. Dünəndən bu məlumatı oxuyandan mən də şokdayam. Körpə bir uşağa qarşı belə bir vəhşi hərəkətin edilməsi yolverilməzdir. Bu hadisənin artıq araşdırılmasına başlanılıb, qısa bir zamanda bu cinayəti törədənlərin aşkar edilməsini gözləyirik. Cinayətkarlar ən ağır cəza almalıdırlar.

 

A.Mirzəzadə həmçinin valideynlərə müraciət edib: "Hörmətli atalar, anlar, babalar, nənələr. Uşaqları həmişə diqqətdə saxlayın, onları gözdən qoymayın, onların çətinliklərindən, problemlərindən daima xəbərfar olun, onları həyatın çətinliklərinə hazırlayın. Vaxtınızın çoxunu onlara sərf edin, onların həyatının ayrılmaz hissəsinə çevrilməyi bacarın".

 

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Meyitin üzərində yanıq xəsarətləri olub.

Tarix: 7 Yanvar 2020, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin