BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb.

Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb.

Son sutka ərzində əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 684 olub. 

Tarix: 3 Fevral 2021, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin