BURADA REKLAMINIZ OLA
BİLƏR

"Smart sayğacları bərpa edin" kampaniyasına başlayaq - TƏKLİF

“Mexaniki sayğaclaşmadan kütləvi narazılıq var. Həm su, həm də qaz təchizatında təcili olaraq smart sayğacların bərpa olunması üçün sosial şəbəklərdə geniş kampaniya başlatmaq lazımdır ki, hökumətin səlahiyyətli şəxslərinin diqqətini bu prosesə cəlb etmək mümkün olsun”.

 

Pravda.az-ın xəbərinə görə, bu təkliflə ekspert Rövşən Ağayev çıxış edib.

 

R.Ağayev bildirib ki, smart sayğaclar şəffaflıq deməkdir, heç kim istehlakçını aldada bilməz: “Ünsiyyətin ardan qalxması, kommunal işçilərlərlə istehlakçının canlı görüşməsinə ehtiyacın ardan qalxması deməkdir. Yüz faiz və vaxtında yığım deməkdir, heç kimə əvvəlki dövrə görə borc yazmaq mümkün deyil. Heç kağız dəmə qəbzlərinin belə illərlə saxlamağa ehtiyac yoxdur. Məncə, bütün fəal insanlar "smart sayğacları bərpa edin" kampaniyasında bu təşəbbüslə çıxış etməlidir. Onsuz da vətəndaş cəmiyyətinin gücü böyük problemlərin həllinə çatmır, yaxud belə problemlərdə eşidən olmur. Heç olmazsa xırda problemlərlə də bizi yorub əldən salmağa imkan verməyək...”

Tarix: 3 Fevral 2021, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin