BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalisti ATV-dən Nuşirəvan Səfərov azad etdirib - "Məndən ayda 3000 manat tələb edir"

Jurnalist İlkin Əhmədovun ATV-dən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov azad etdirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İ.Əhmədov özü məlumat yayıb.

 

Jurnalistin sözlərinə görə, işdən çıxarılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat "tas"a qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə: “Mənim də Eldar Mahmudov kimi vaxtlarım olub e! :) Bütün məmurları tasa qoymuşdum! :) Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz! İndi onun işdən çıxarılmasının əsl səbəbi barədə!!! Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin Alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər...”

Tarix: 8 Yanvar 2020, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin