BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçırıldığı deyilən avtobus “Xaliq Faiqoğlu” MMC-yə aiddir

Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobus sürücüsünün avtoxuliqanlıq etməsi ilə bağlı məlumat yayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

 

"Məlum olduğu kimi 05.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

 

Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

 

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə o əlavə edib.

Tarix: 5 Fevral 2021, 01:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin