Reklam

"Aztelekom"a yeni baş direktor təyin edilməsi xəbəri yalandır - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Pravda.az-ın xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.

Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.

Tarix: 8 Fevral 2021, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin