BURADA REKLAMINIZ OLA
BİLƏR

Teymur Rəcəbovla Levon Aronyan arasındakı yarışın nəticəsi açıqlandı

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

 

Pravda.az-ın məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

 

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

Tarix: 9 Fevral 2021, 00:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin