BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP fəalları Gəncə Uşaq Evinin sakinlərini ziyarət etdi - VİDEO

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalları Gəncə Uşaq Evinin sakinləri ilə görüş keçiriblər.

 

Pravda.az-ın xəbərinə görə, gənclərin məqsədi bu uşaqlarla müxtəlif məkanlarda əyləncəli vaxt keçirmək, onların arzularını qismən də olsa reallaşdırmaq, qayğı göstərmək, sevinc, bəxş etmək olub.

 

Uşaqların arzuları nəzərə alınaraq komandanın ilk üz tutduğu məkan şəhərin müasir gözəllik salonlarından biri olub. Burada Gənclər Birliyinin üzvləri ilə qonaqlar zövqə uyğun saç düzümləri seçiblər, saç kəsimi kimi xidmətlərdən istifadə ediblər. Uşaqlar, yeniyetmələr və gənclər daha sonra “Paris De Cafe” restoranında birgə nahar ediblər.

 

Süfrə arxasında maraqlı söhbət zamanı dostlar, kitablar, dərslər, sevimli fənlər barədə müzakirə aparıb, muzeylərə, teatrlara və parklara gəzinti ilə bağlı planlar qurublar.

 

Fotoları təqdim edirik
Tarix: 8 Yanvar 2020, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin