BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində binada yanğın - FOTO

Bakının Səbail rayonunda yanğın baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binada qeydə alınıb.

 

Yanğın Kazımov Sabit Sabir oğluna məxsus evin mətbəxində meydana gəlib. Səbail RPİ-dən verilən məlumata görə, yanğına səbəb paltaryuyan maşın olub. Hadisə vaxtı isə mənzildə heç kim olmayıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. FHN-in əməkdaşlarının bildirdiyinə görə, yanğının söndürülməsi istiqamətində işlər görülür və hazırda mənzildə soyutma işləri aparılır.

 

APA

Fotoları təqdim edirik
Tarix: 11 Fevral 2021, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin