BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm” - Teymur Rəcəbov

Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında  Aniş Girini (Niderland) mübarizədən kənarlaşdırdıqdan sonra  yarışın rəsmi saytına açıqlama verib.

 

Pravda.az xəbər verir ki, qrossmeysterimiz qələbəyə görə özünü xoşbəxt hiss etmədiyini bildirib: “Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm. Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil”.

 

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ şahmatçısı  Uesli So ilə qarşılaşacaq.

Tarix: 11 Fevral 2021, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin